Yunanıstan parlamenti Aİ ilə maliyyə yardımına dair sazişi təsdiqləyib

Yunanıstan parlamenti Aİ ilə maliyyə yardımına dair sazişi təsdiqləyib
# 16 iyul 2015 03:57 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, qəbul olunan tədbirlər vergilərin və pensiya yaşının artırılmasını nəzərdə tutur.

Qeyd edək ki, səsvermədən əvvəl parlament qarşısına çoxlu sayda eirazçı toplaşıb. Onlar parlamentin binasına “Molotov kokteyli” atıb, polis isə, buna cavab olaraq etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Ölkənin baş naziri Aleksis Tsipras Aİ ilə imzalanmış sazişin səmərəliliyinə inanmadığını bildirib. Lakin buna baxmayaraq, o bu razılaşmanın Yunanıstanın avrozonada qalmasının yeganə şansı olduğunu bildirərək, parlamentariləri sazişi təsdiq etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR