Səfir: "Azərbaycanda rus dili və mədəniyyətinin kökləri dərindir"

Səfir: "Azərbaycanda rus dili və mədəniyyətinin kökləri dərindir"
# 28 sentyabr 2017 08:26 (UTC +04:00)

"Azərbaycanda rus dilinə və mədəniyyətinə maraq dərin köklərə malikdir".

APA-nın məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres çərçivəsində Aleksandr Soljenitsin adına "Dom Russkoqo Zarubejye"nin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi kitab kolleksiyasının təqdimatı zamanı deyib. O, çox sevindiyini bildirib ki, kitablar məhz Azərbaycana hədiyyə edilib: "Azərbaycan bu diqqətə layiqdir. Mən əminəm ki, bu kitablar rəflərdə qalmayacaq. Onlara tələb çoxdur. Çunki Azərbaycanda rus dilinə və mədəniyyətinə maraq həqiqidir".

Mərasimdə "Dom Russkoqo Zarubejye" mərkəzinin nümayəndəsi və digər qonaqlar da çıxış edib.

Daha sonra sentyabrın 27-30-da keçiriləcək "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqresin açılışı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR