Rusiyada müdafiə sənayesi zavodunda yanğın olub

Rusiyada müdafiə sənayesi zavodunda yanğın olub
# 24 dekabr 2019 05:16 (UTC +04:00)

Rusiyanın Yekaterinburq şəhərində yerləşən 9 nömrəli müdafiə sənayesi zavodunda - Uralvaqonzavod korporasiyasının bir hissəsində yanğın baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayətindəki İdarəsi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl yanğının Uralmaşzavodun ərazisində baş verdiyi deyilsə də sonradan təkzib edilmişdi.

Xatırladaq ki, yanğının baş verdiyi 9 nömrəli zavod artilleriya sistemlərini, həmçinin tank mərmilərini istehsal edən yeganə hərbi müəssisədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR