“Milan” avrokuboklardan uzaqlaşdırıla bilər

“Milan” avrokuboklardan uzaqlaşdırıla bilər
# 21 noyabr 2017 13:13 (UTC +04:00)

UEFA “Milan” klubunu avrokuboklardan uzaqlaşdıra bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

İtaliya təmsilçisi maliyyə feyr-pleyini pozmaqda günahlandırılır. “Milan”ın nümayəndələri məsələni aydınlaşdırmaq üçün ötən həftə UEFA-nın Nyondakı ofisinə gediblər. Ancaq açıqlanan faktlar onları tam əmin etməyib.

Sənədlərə görə, “Milan” Çempionlar Liqasına çıxmaqla maddi vəziyyətini yaxşılaşdırmağa ümid etsə də, komandanın nəticələri bundan xeyli uzaqdı. Buna görə də, “qırmızı-qaralar” cəzalana bilərlər.

Qeyd edək ki, bir müddət əvvəl “Milan”ın çinli sahibi Yonhonq Li fırıldaqçılıqda ittiham olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR