“İŞİD” Liviyanın neft yataqlarına hücum edib - VİDEO

“İŞİD” Liviyanın neft yataqlarına hücum edib - <span style="color: red;">VİDEO
# 03 mart 2015 01:14 (UTC +04:00)

Bakı-APA. “İŞİD” terrorçu qruplaşmasının silahlıları Liviyada iki neft yatağına hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bunu Liviya neft obyektlərinin mühafizə xidmətinin nümayəndəsi Əli Xasi bəyan edib.

“Silahlılar Mabruk və Əl-Bahi neft yataqlarını intensiv atəşə tutublar. Nəticədə yataqları Əs-Sidr limanı ilə birləşdirən neft kəməri zədələnib”, deyə Ə.Xasi bildirib.

Onun sözlərinə görə, hazırda adıçəkilən bölgədə döyüşlər gedir, dəymiş ziyanın miqdarını müəyyən etmək hələlik mümkün deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR