Ötən il Azərbaycandan Şengen zonası ölkələrinə 70 min nəfər səfər edib

Ötən il Azərbaycandan Şengen zonası ölkələrinə 70 min nəfər səfər edib
# 22 iyul 2015 10:11 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Biz insanların mobilliyini, xalqlarımız arasında səfərləri və birbaşa əlaqələri təşviq etmək kimi ortaq qəti niyyətimizi müzakirə etdik. Viza rejiminin sadələşdirilməsi və readmissiya sazişinin keçən ilin payızında qüvvəyə minməsini alqışlayıram. Bu, mühüm addımdır. Keçən il Azərbaycandan Şengen zonasına olan ziyarətçilərin sayı 70 min nəfər olub. Bu, əvvəlki ilə nisbətən təxminən 20 faiz artım deməkdir. İndi verilən vizaların 1/3 hissəsini uzunmüddətli vizalar təşkil edir".

Aİ prezidenti bundan sonra da Aİ-Azərbaycan əməkdaşlığı və tərəfdaşlığının davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR