“Qisas almadan ölmə...” filmi İsraildə nümayiş olunacaq

“Qisas almadan ölmə...” filmi İsraildə nümayiş olunacaq
# 13 iyul 2015 10:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq artisti Oqtay Mir-Qasımın “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filmi avqustun 18-də Tel-Əvivdə nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının təşəbbüsü ilə baş tutacaq tədbirdə iştirak etmək üçün rejissor İsrailə səfər edəcək.

Filmin ssenari müəllifi Oqtay Mir-Qasım, quruluşçu operatoru Nikolay İvasiv (Rusiya), quruluşçu rəssamı Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı Elmar Feldir (İsrail).

Rollarda Ramiz Əzizbəyli, Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcü aktyorlar Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkiliblər.

Çəkilişlər Bakıda, Göygöl rayonunda, Tbilisidə və Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR