Azərbaycan meyvə-tərəvəz ixracından gəlirlərini 50%-dən çox artırıb

Azərbaycan meyvə-tərəvəz ixracından gəlirlərini 50%-dən çox artırıb
# 09 mart 2018 12:35 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 58 mln. 418,59 min ABŞ dolları dəyərində 57 273,12 ton meyvə-tərəvəz ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 19 201,09 ton və ya 50,43% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 19 mln. 700,32 min dollar və ya 50,88% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 38 mln. 718,27 min dollar dəyərində 38 072,03 ton meyvə-tərəvəz ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,64%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR