"Neftçi"nin futbolçusu: “Çempionluq barədə danışmaq tezdir”

"Neftçi"nin futbolçusu: “Çempionluq barədə danışmaq tezdir”
# 01 dekabr 2019 18:07 (UTC +04:00)

“Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Qalib gəlmək istəyirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Voislav Stankoviç deyib.

Serbiyalı müdafiəçi Azərbaycan Premyer Liqasının XIII turunun “Səbail”lə səfər oyunu barədə fikirlərini açıqlayıb. V.Stankoviç 0:0 hesablı heç-heçəyə üzüldüklərini bildirib: “İstədiyimiz alınmadı. Qol vurmaq üçün imkanlarımız oldu. Vurmaq lazım idi, amma bacarmadıq. Nəticədə heç-heçə oldu. Əlbəttə ki, qol buraxıb uduza, heç-heçəni də əldən verə bilərdik. Bu heç-heçədən razı deyilik. Biz hər oyunda daha yaxşı oynamaq istəyirik. Lakin bir matçda alınır, digərində isə istədiyimiz kimi oynamırıq. Bilmirəm niyə belədir. Buna baxmaq, analiz etmək lazımdır. Ümumiyyətlə çempionluq barədə düşünmək lazım deyil. Öz oyunumuza baxmalıyıq. Qalib gəlməli olduğumuz belə oyunda qol vura bilmirik. Çempionluq barədə danışmaq tezdir”.

Qeyd edək ki, 3-cü pillədə qərarlaşan “Neftçi” liderdən 5 xal geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR