Azərbaycanın bir sıra rayonlarında payızlıq dənli bitkilərin səpini ləngiyir

Azərbaycanın bir sıra rayonlarında payızlıq dənli bitkilərin səpini ləngiyir
# 04 noyabr 2014 12:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın regionlarında 2015-ci ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin səpini davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Statistika Komitəsinin və Ərazi Kənd Təsərrüfatı İdarələrinin operativ məlumatlarına əsasən bölgələrdə, xüsusilə quraqlığın daha çox təsir göstərdiyi dağlıq və dağətəyi bölgələrdə yerləşən Şamaxı, Şəki, Samux və Tovuz ərazi kənd təsərrüfatı idarələrinin əhatə etdikləri rayonlarda ötən ilin müvafiq dövrü ilə müqayisədə payızlıq dənli bitkilərin səpinində ləngimələr müşahidə edilib.

Bu səbəbə görə, Kənd Təsərrüfatı Nazirliyinin tapşırığı əsasında nazirliyin Bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin və Dövlət Toxum Müfəttişliyinin nümayəndələri yerli idarəetmə orqanlarının təmsilçiləri ilə birlikdə payızlıq dənli bitkiləri səpininin sürətləndirilməsində, eləcə də quraqlıqdan əziyyət çəkən taxıl istehsalçılarına “Azərtoxum” MMC-dən müqavilə əsasında toxum verilməsi işlərinə köməklik göstərilməsi məqsədi ilə noyabrın 3-8-nə qədər qeyd edilən rayonlara ezam ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR