“Fitch”: “PAŞA Bank”ın sabitlik reytinqi məhdud potensiala malikdir

“Fitch”: “PAŞA Bank”ın sabitlik reytinqi məhdud potensiala malikdir
# 15 dekabr 2014 11:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Fitch” beynəlxalq reytinq agentliyi “PAŞA Bank”ın uzunmüddətli defolt emitenti reytinqini “B+” səviyyəsində təsdiqləyib.

“Fitch”dən “APA-Economics”ə verilən məlumata görə, bank üzrə proqnoz “Stabil”dir.

Məlumatda qeyd olunur ki, “PAŞA Bank”ın uzunmüddətli defolt emitenti reytinqinin qeyd olunan səviyyədə təsdiq olunması bankın böyük kapitala sahib olması, likvidlik və aktivlərin keyfiyyətinin yaxşı səviyyədə olması ilə əlaqədardır.

Bundan başqa, məlumatda qeyd olunur ki, bankın kredit portfelində problemli kreditlər çəkisi aşağı səviyyədədir.

“Hazırda bankın sabitlik reytinqi məhdud potensiala malikdir. Lakin bank planlaşdırdığı xarici ekspansiyanı zərərsiz həyata keçirsə, bu göstərici artırıla bilər”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR