“Parabank”ın səhmlərinin yerləşdirilməsinə başlanılır

“Parabank”ın səhmlərinin yerləşdirilməsinə başlanılır
# 21 noyabr 2014 11:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Noyabr ayının 25-dən etibarən “Parabank” ASC-nin adi sənədsiz adlı səhmlərinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsinə başlanılacaq.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, bir səhmin nominal dəyəri 200 manat, emissiyanın ümumi həcmi isə 7 mln. 316 min 600 manat təşkil edir.

Yerləşdirmədə anderrayter qismində “Unicapital” MMC çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR