Qadın sürücü paytaxtda qəza törədib - FOTO - VİDEO

Qadın sürücü paytaxtda qəza törədib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 sentyabr 2014 02:04 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Təbriz Küçəsi, 38 ünvanında qeydə alınıb. “99 AE 778” nömrəli "Nissan"ın qadın sürücüsü dayanmış vəziyətdə olan “99 DK 467” nömrəli "Opel"ə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, "Nissan" sürətlə hərəkət edirmiş. Qəza nəticəsində xanım sürücü qol nahiyyəsindən xəsarət alıb. O, qəzadan sonra hadisə yerini tərk edib.

"Opel"in sürücüsü Vaqif Rəhimovun sözlərinə görə, evində yatarkən qəfil səsə ayılıb. Dərhal çölə çıxan V.Rəhimov maşının vurulduğunu görüb. Hadisə yerinə siğorta şirkətinin nümayəndələri gəldikdən sonra "102" xidmətinə zəng vurulub və hadisə yerinə polis çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR