ARDNŞ-in 5 mindən çox əməkdaşı qanvermə aksiyasında iştirak edəcək

ARDNŞ-in 5 mindən çox əməkdaşı qanvermə aksiyasında iştirak edəcək
# 20 oktyabr 2014 14:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) qanvermə aksiyası keçirilib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, şirkətin baş ofisinin və Sərmayələr İdarəsinin 60-dan çox əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlara qan vermək üçün “Donor günü”ndə fəal iştirak ediblər. Aksiya ümumilikdə 2015-ci il aprelin 24-dək davam edəcək və şirkətin bütün idarə və müəssisələrini əhatə edəcək.

Qeyd edək ki, 2009-cu ildən etibarən ARDNŞ-nin çoxminli kollektivi hər il könüllü olaraq talassemiyalı uşaqlara yardım etmək üçün qanvermə aksiyasında iştirak edirlər. Belə ki, 2009-cu ildə 3 000 nəfər, 2010-cu ildə 5 000 nəfər, 2011-ci ildə 4 500 nəfər, 2012-ci ildə 4 400 nəfər və 2013-cü ildə isə 5 700 nəfər neft sənayesi işçiləri donorluq edərək qan xəstəliyinə tutulmuş insanlara köməklik göstərib. Bu il hazırlanmış qrafikə uyğun olaraq ARDNŞ-nin bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə çalışan 5 min nəfərdən artıq əməkdaşın kampaniyada könüllü iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, 2005-ci ilin fevralından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və qayğısı ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR