Akademik Milli Dram Teatrında “Generalın son əmri” tamaşasının premyerası keçiriləcək

Akademik Milli Dram Teatrında “Generalın son əmri” tamaşasının premyerası keçiriləcək
# 25 sentyabr 2014 21:31 (UTC +04:00)

Bakı-APA. Akademik Milli Dram Teatrı sentyabrın 26-da “Generalın son əmri” tamaşasının premyerasını keçirəcək. APA-nın məlumatına görə, bu il 75 yaşını qeyd olunan şair, dramaturq, publisist Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında hazırlanmış “Generalın son əmri” tamaşasının quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşada əməkdar artistlər Füzuli Hüseynov (General), Sabir Məmmədov (Oğul nəvə), Dilarə Əliyeva (Qız nəvə), Almaz Amanova (Qisasçı qadın), Ayşad Məmmədov (Cəllad), Hicran Nəsirova (Bibi), Əjdər Həmidov (Polis), Telman Əliyev (Serjant), Sənubər İsgəndərova (Məşuqə), İlham Hüseynov (Şeypurçu əsgər) Pərviz Məmmədrzayev (Fərari) və aktyor Rövşən Kərimduxt (Qonşu oğlan) çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR