"Boeing"-də həlak olanların ailələrinə 50 min dollar veriləcək

"Boeing"-də həlak olanların ailələrinə 50 min dollar veriləcək
# 09 avqust 2014 03:30 (UTC +04:00)

Bakı – APA. “Malaysia Airlines” aviaşirkəti Ukrayna üzərində uçan “Boeing 777” təyyarəsinin vurulması nəticəsində həlak olan sərnişinlərin yaxın qohumlarına kompensasiya kimi 50 min dollar odəyəcək.

APA-nın “Gazeta”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Malaysia Airlines” aviaşirkətinin hüquqşünası Yan van Zuuren bildirib.

Hazırda ekspertlər 23 nəfərin kimliyini müəyyən edə biliblər.

Xatırladaq ki, iyulun 17-də “Malaysia Airlines” şirkətinin Amsterdam- Kuala-Lumpur marşrutu ilə uçan "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində vurulub. Hadisə zamanı 15 nəfəri ekipaj üzvü olmaqla, 298 nəfər dünyasını dəyişib. Təyyarənin rusiyameyilli separatçılar tərəfindən Donetsk vilayətindən vurulduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR