İsmayıllıda avtomobilin vurduğu piyada dünyasını dəyişib

İsmayıllıda avtomobilin vurduğu piyada dünyasını dəyişib
# 08 sentyabr 2014 10:22 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda avtomobilin vurduğu piyada ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, ötən həftə avtomobilin vurduğu 1981-ci il təvəllüdlü Həşimov Çingiz Eldar oğlu bu gün xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə ötən həftə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 31-ci kilometrliyində, İsmayıllı şəhəri ərazisində qeydə alınıb.

İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Məmmədov Amil Arzuman oğlu idarə etdiyi 90-XN-902 dövlət nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1981-ci il təvəllüdlü Həşimov Çingiz Eldar oğlunu vurmuşdu. Yaralıya ilk yardım sürücü tərəfindən göstərilib. Sürücü Amil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Çingiz Həşimovu başqa bir maşınla İsmayıllı Mərkəzi rayon Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olub. Həkimlərin səyinə baxmayaraq, Çingiz Həşimovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR