Xaçmazda qonşu qonşusunu bıçaqlayıb - VİDEO

Xaçmazda qonşu qonşusunu bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 13 noyabr 2014 15:18 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün axşam saatlarında Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini, 1957-ci il təvəllüdlü Osmanov Telman Mahmud oğlu müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəstəxanaya yerləşdirilən zərərçəkən aralarında yaranan mübahisə nəticəsində qonşusu tərəfindən bıçaqlandığını deyib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR