Azərbaycanlı sahibkarlar Tacikistanda keçiriləcək I İnvestisiya Forumuna dəvət olunub

Azərbaycanlı sahibkarlar Tacikistanda keçiriləcək I İnvestisiya Forumuna dəvət olunub
# 18 oktyabr 2014 11:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Tacikistanda I İnvestisiya Forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, forum oktyabrın 27-28-də Düşənbə şəhərində İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işguzar dairələr forumda iştiraka dəvət olunurlar.

İnvestisiya Forumunda iştirak etmək istəyən sahibkarlar və iş adamları Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR