Azərbaycana noyabrda daxil olan beynəlxalq internet trafikinin həcmi açıqlanıb

Azərbaycana noyabrda daxil olan beynəlxalq internet trafikinin həcmi açıqlanıb
# 08 dekabr 2014 10:16 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Noyabr ayında ölkəyə daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.

Azərbaycanın ilkin internet provayderi “Delta Telecom” şirkətinin statistikasına görə, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 10,7 faizədək artaraq 140 Gbp/s təşkil edib. Bu, Azərbaycana bu il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 40% artıb.

Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 20% artaraq 25 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR