AQTA sədri: "Əhali qidalanma rejiminə yanlış əməl edir"

AQTA sədri: "Əhali qidalanma rejiminə yanlış əməl edir"
# 04 dekabr 2019 13:43 (UTC +04:00)

"Azərbaycanda əhali qidalanma rejiminə, vərdişlərinə, gigiyenasına yanlış əməl edir".

APA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, insanlar bu məsələyə diqqət etsə, Azərbaycanda qida mənşəli xəstəliklərin sayı getdikcə azalar: "Əhali düzgün qidalanmalıdır. Pəhriz rejimi yanlış gözlənilir, xüsusilə xanımlar arasında yanlış pəhriz saxlanılır. Bu, insanların sağlamlıq göstəricilərinə təsir edir. Sağlam qidalanmada problemlər var. Bu isə sonda Azərbaycanda insanların sağlıq göstəricilərinə təsir edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR