Bank Of Baku

Aİ ilə Azərbaycan arasında COP29-un prioritetləri barədə barədə müzakirələr aparılıb - FOTO

Aİ ilə Azərbaycan arasında COP29-un prioritetləri barədə barədə müzakirələr aparılıb - FOTO
# 23 sentyabr 2024 23:57 (UTC +04:00)

23 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyyəli həftəsi çərçivəsində Aİ-nin İqlim Fəaliyyəti üzrə komissarı Uobki Hoekstra ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın aspektləri və COP29-un prioritetləri barədə müzakirələr aparılıb.

Tərəflər COP29-dan gözlənilən nəticələr barədə fikir mübadiləsi aparıblar.

Danışıqlarda Yaşıl enerji və digər ekoloji təşəbbüslərə xüsusi diqqət yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR