Bank Of Baku

BRICS ölkələri COP29-un Azərbaycanda uğurlu keçiriləcəyinə inanır

BRICS ölkələri COP29-un Azərbaycanda uğurlu keçiriləcəyinə inanır
# 23 oktyabr 2024 19:32 (UTC +04:00)

BRICS ölkələri BMT-nin İqlim Dəyişikliyi Konfransı COP29-un Azərbaycanda uğurlu keçiriləcəyinə inandıqlarını ifadə ediblər.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə BRICS-in Kazanda keçirilən 16-cı sammitinin yekunlarına dair Bəyannamədə bildirilib.


“Biz COP29-un Azərbaycanda uğurla həyata keçirilməsinə sadiq olduğumuzu bildiririk. COP29-dan inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli iqlim maliyyələşməsi sahəsində məzmunlu nəticələr gözləyirik”, deyə bəyannamədə qeyd olunub.


BRICS ölkələri tərəfindən 2025-ci ildə COP30-a ev sahibliyi etməkdə Braziliyanın liderliyinə dəstək ifadə olunub. Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyi alqışlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR