Bu gün səhərə olan məlumata görə, COP-la əlaqədar 28 min qonaq qeydiyyatdan keçib.
APA-nın xəbərinə görə, bunu COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Çarçalova bildirib.
Baş icraçı deyib ki, bunların 2700-ə qədəri media nümayəndələridir: “Digərləri isə QHT-lər, müşahidəçi təşkilatların üzvləri, rəsmi nümayəndə heyətləri və digərləridir. Lakin bu rəqəm bugünə olan göstəricidir. Registrasiya prosesi hələ də davam etməkdədir və günbəgün iştirak göstəriciləri artmaqdadır. Bu tədbirlərdə iştirak etmək üçün adətən əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etdikləri nəzərə alınmaqla bu rəqəmlərdə də müvafiq artım müşahidə ediləcək.".