Bank Of Baku

COP29 üzrə baş icraçı direktor: Baxmayaraq ki, bizim kömür ehtiyatlarımız olub, amma Azərbaycan heç vaxt ondan istifadə etməyib

COP29 üzrə baş icraçı direktor: Baxmayaraq ki, bizim kömür ehtiyatlarımız olub, amma Azərbaycan heç vaxt ondan istifadə etməyib
# 30 sentyabr 2024 12:20 (UTC +04:00)

“Azərbaycan elektriki hazırda təbii qazdan alır”.

APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “Azərbaycanın enerji keçidi” panelində çıxışı zamanı Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib.

O bildirib ki, Azərbaycan heç vaxt kömür istifadə etməyib:

“Baxmayaraq ki, bizim kömür ehtiyatlarımız olub. Biz bütün sovet infrastrukturunu yığışdırırıq. Yarım milyard kubmetr qaz qənaət etmək imkanımız olacaq. Biz təkcə qazla işləyən deyil, eyni zamanda bərpa olunan enerji ilə işləyən enerji stansiyaları qururuq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR