Bank Of Baku

Dünya İqlim Fondunun baş icraçı direktoru: Transxəzər Yaşıl Enerji Dəhlizinə beynəlxalq səviyyədə güclü maraq var - MÜSAHİBƏ

Dünya İqlim Fondu təşkilatının təsisçisi və baş icraçı direktoru Jens Nielsen

© APA | Dünya İqlim Fondu təşkilatının təsisçisi və baş icraçı direktoru Jens Nielsen

# 08 sentyabr 2026 16:14 (UTC +04:00)

Dünya İqlim Fondu təşkilatının təsisçisi və baş icraçı direktoru Jens Nielsenin APA-ya müsahibəsi

- Cənab Nielsen, COP29-da inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin 2035-ci ilə qədər illik ən azı 300 milyard dollara çatdırılması ilə bağlı mühüm qərar qəbul edildi. Eyni zamanda, bütün mənbələrdən maliyyələşmənin 1,3 trilyon dollara qədər artırılması istiqamətində səylərin göstərilməsi nəzərdə tutulur. Sizcə, bu maliyyə hədəflərinin real investisiyalara və konkret iqlim fəaliyyətinə çevrilməsi üçün hansı mexanizmlər əsas rol oynayacaq?

- Bu, mühüm sualdır. Əvvəla, 300 milyard dollar kifayət deyil. Amma mən hesab edirəm ki, bu, böyük bir addım idi. Çünki 2009-cu ildə Kopenhagendə keçirilən COP15-dən bəri 100 milyard ABŞ dolları haqqında danışırıq. Ona görə də düşünürəm ki, bu, böyük irəliləyişdir. “Kataltik kapital” adlandırdığımız mexanizmdən istifadə ilə bağlı ilk nümunələr kifayət qədər uğurlu olub. Burada dövlət maliyyəsindən və ya xeyriyyə kapitalından istifadə etməklə sonrakı mərhələdə digər investisiyaları stimullaşdırırıq. Bu yanaşma bəzi hallarda maliyyələşmənin altı dəfəyədək artırılmasına imkan verib. Buna görə deyərdim ki, müxtəlif kapital mənbələrinin birləşdirildiyi qarışıq maliyyələşdirmədən istifadə çox vacibdir. Kapitalı elə strukturlaşdırmaq lazımdır ki, ilk mərhələdə layihələrin özəl investorlar üçün investisiya baxımından cəlbediciliyi artırılsın. Çünki qlobal miqyasda investisiya imkanlarının böyük hissəsi özəl sektorda cəmlənib.

- COP29-da qəbul edilən iqlim maliyyəsi qərarı bu keçidi sürətləndirmək üçün hansı imkanları yaradır və özəl sektor bu prosesdə daha necə fəal rol oynaya bilər?

- Məsələn, biz IMCA adlı bir platforma həyata keçiririk. Burada Skandinaviya ölkələrinin hökumətləri və bəzi xeyriyyə təşkilatları tərəfindən 500 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Biz bu dövlət maliyyəsindən istifadə edərək, müxtəlif risklərin azaldılması mexanizmləri yaradırıq və daha sonra həmin imkanları özəl investorlar üçün müsabiqəyə çıxarırıq. Özəl investorlar bu layihələrə investisiya qoymaq üçün təkliflərini təqdim edirlər. Bu yanaşmanın çox uğurlu olduğu özünü doğruldub.

- Azərbaycanla bağlı hər hansı birgə konkret layihələriniz varmı? Məsələn, Qarabağda və ya digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə razılaşmalar əldə olunub?

- Hələlik konkret olaraq belə bir layihəmiz yoxdur. Lakin ümumilikdə Azərbaycana, eləcə də Mərkəzi Asiyanın bu hissəsi boyunca uzanan Transxəzər Yaşıl Enerji Dəhlizinə beynəlxalq səviyyədə güclü maraq var. Düşünürəm ki, Türkiyədə keçiriləcək növbəti COP-da da bu məsələyə böyük diqqət yetiriləcək.

Firuzə Vahid

Toğrul Quluzadə

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR