Bank Of Baku

Əminə Ərdoğan İstanbulda Anar Ələkbərovla görüşüb

Əminə Ərdoğan İstanbulda Anar Ələkbərovla görüşüb
# 07 iyun 2024 20:41 (UTC +04:00)

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

APA xəbər verir ki, bu barədə Əminə Ərdoğan "X" platformasında bildirib.

Anar Ələkbərov Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə Əminə Ərdoğana məlumat verib.

Bu kontekstdə əməkdaşlıq məsələləri müzakirə olunub.

"Bütün dünya liderlərini iqlim mövzusunda bir araya gətirən bu əhəmiyyətli Zirvəyə Azərbaycanın ev sahibliyi etməsindən duyduğumuz sevinci bir daha vurğuladım.

Türkiyə olaraq qardaş ölkəmiz Azərbaycanın daima yanındayıq", - Türkiyənin birinci xanımı paylaşımında qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR