Bank Of Baku

Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB

Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
# 17 may 2024 07:24 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-yə səfəri çərçivəsində bu ölkənin dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata əsasən, görüşlər zamanı ikitərəfli münasibətlər, regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.



***
04:21

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-yə səfəri çərçivəsində bu ölkənin dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bassla görüşüb.

APA xəbər verir ki, bu barədə ABŞ rəsmisi “X” sosial şəbəkəsində məlumat yayıb.

“ABŞ və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığı və ümumi prioritetləri, o cümlədən regionda davamlı və ləyaqətli sülh və uğurlu COP29-u müzakirə etmək üçün bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi salamladım”, - dövlət katibinin müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR