Bank Of Baku

Nazir müavini: COP29 bütün prioritet məsələlərin müzakirəsini təmin edəcək

energetika nazirinin müavini Orxan Zeynalov

© APA | energetika nazirinin müavini Orxan Zeynalov

# 06 iyun 2024 17:46 (UTC +04:00)

Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dünya iqlim gündəliyindəki bütün prioritet məsələlərin müzakirəsi təmin edəcək.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı energetika nazirinin müavini Orxan Zeynalov bildirib.

Onun sözlərinə görə, COP29 zamanı enerji keçidinin necə həyata keçiriləcəyi müzakirə olunacaq. Bu prosesi necə maliyyələşdirmək, özəl sektor investisiyalarını necə cəlb etmək, istixana qazı emissiyalarını sıfıra necə çatdırmaq məsələləri də tədbir zamanı əhatə olunacaq.

Nazir müavini onu da qeyd edib ki, dünyada COP28 zamanı əldə edilənləri həyata keçirməyə davam etmək vacibdir.

Orxan Zeynalov vurğulayıb ki, ümumiyyətlə, bütün ölkələr eyni iqlim problemi ilə üzləşirlər, bu isə o deməkdir ki, bu problemlərə ümumi reaksiya vermək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR