Şuşa Qlobal Media Forumu çox önəmli bir platformadır. Artıq ikinci dəfədir ki, Şuşada keçirilir və biz burada bütün dünyadan olan jurnalistləri görürük.
Bunu APA-ya açıqlamasında İqlim üzrə yüksək səviyyəli çempion Nigar Arpadarai deyib.
O bildirib ki, forum çərçivəsində “İqlim dəyişmələri və media” mövzusu da müzakirə olunub:
“Biz bu sahədə medianın rolundan danışmağa çalışdıq. Burada maarifləndirmə, mesajların ötürülməsi baxımından medianın rolu çox önəmli olacaq”.
“Bilirisiniz ki, Azərbaycan noyabr ayında mötəbər bir tədbirə ev sahibliyi edəcək. Bu bərabərlik və inklüzivlik üçün çox gözəl bir platformadır. Yüksək səviyyəli çempion olaraq mənim əsas rolum dövlətlərin apardığı işi qeyri-dövlət təşkilatları (Biznes sektoru, QHT-lər, şəhərlərin nümayəndələri, xeyriyyə təşkilatları və.s ) ilə əlaqələndirməkdir. COP29 bir tədbir deyil, prosesdir. Hazırda biz həm təşkilatçılıq, həm də danışıqlar baxımından qrafikə uyğun hərəkət edirik. Əminik ki, Azərbaycan hər zaman olduğu kimi bu dəfə də böyük tədbirə uğurla ev sahibliyi edəcək”, - deyə o qeyd edib.
Fəri Azəri
Yetər Kərimli