Bank Of Baku

Qazaxıstan Parlamentinin sədri: COP29-da iştirak niyyətimizi açıqlamışıq

Qazaxıstan Parlamentinin sədri Yerlan Koşanov

© APA | Qazaxıstan Parlamentinin sədri Yerlan Koşanov

# 06 iyun 2024 15:38 (UTC +04:00)

“İqlim dəyişmələri və ətraf mühitin mühafizəsi məqsədilə elan etdiyimiz “Yaşıl Qazaxıstan” proqramı çərçivəsində təbii resursların tükənməsi ilə mübarizə aparırıq. Bunun üçün qarşımızda 16 məqsəd müəyyənləşdirilib”.

APA-nın xəbərinə görə, bunu Qazaxıstan Parlamentinin sədri Yerlan Koşanov TÜRKPA-nın 13-cü Plenar İclasında deyib.

O bildirib ki, bu gün dünya ölkələrinin qarşısında dayanan ən aktual problem iqlim dəyişmələridir ki, heç də hər ölkə onun öhdəsindən təkbaşına gələ bilmir:

“Qazaxıstan iqlim məsələləri ilə bağlı öhdəliklərini icra edir. Bizdə 2060-cı ilədək karbonun təsirlərinin neytrallaşdırılması üzrə proqram mövcuddur. Bizim hədəfimizdə 2030-cu ilədək zərərli tullantıları əhəmiyyətli dərəcədə azaltmaq var. Biz baş verən proseslərin, eləcə də istixana qazlarının atmosferə tullanmasının qarşısını almalıyıq. Daha bir hədəfimiz isə “yaşıl məhsullar”ın, yəni ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq etmək, eləcə də 2040-cı ilə qədər “yaşıl gündəliyin” daha geniş formada təşviqinə nail olmaqdan ibarətdir. Bütün bunlar paralel şəkildə həyata keçirilməlidir. Bu kontekstdə TÜRKPA komissiyalarında həyata keçirilən işlər əhəmiyyətə malikdir. Bakıda keçiriləcək COP29 tədbirində iştirak niyyətimizi açıqlamışıq. Qazaxıstan bütün istiqamətlərdəki məsələlərin həllində mühüm rol oynamaq üçün əlindən gələni edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR