Brüsseldə 20 Yanvara həsr olunan mərasim keçirilib - FOTO

Brüsseldə 20 Yanvara həsr olunan mərasim keçirilib - <font color=red>FOTO</font>
# 20 yanvar 2011 15:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Belçikanın paytaxtı Brüsseldə 20 yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı mərasim keçirilib. Azərbaycanın Belçikanın səfirliyindən APA-ya verilən məlumata görə, faciə nəticəsində həyatını itirmiş insanlar bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimdə çıxış edən səfir Emin Eyyubov Azərbaycan xalqının azadlıq mübarizəsindən və 20 Yanvar hadisəsindən danışıb. E. Eyyubov qeyd edib ki, hadisələrə hüquqi-siyasi qiymət Heydər Əliyev tərəfindən verilib. Səfir Heydər Əliyevin hadisənin növbəti günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, orada etdiyi çıxışını da xatırladıb.

Sonra 20 Yanvar faciəsindən bəhs edən “Azadlığa aparan yol” filmi nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR