“Azərişıq” “ASAN xidmət” mərkəzləri ilə birgə abonentlərə göstərdiyi xidmətlərin sayını artıracaq

“Azərişıq” “ASAN xidmət” mərkəzləri ilə birgə abonentlərə göstərdiyi xidmətlərin sayını artıracaq
# 28 noyabr 2015 08:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dekabr ayından etibarən “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə abonentlərin istifadəsinə daha iki yeni xidmət verəcək.

“Azərişıq”dan "APA-Economics"ə verilən məlumata görə, gələn aydan abonentlər smart kart tipli sayğaclarda kartın bərpası və yenisinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərinə müraciət edə biləcəklər. Bundan başqa, dekabrdan “ASAN xidmət” mərkəzlərinin vasitəsi ilə qeyri-əhali üzləşmə aktlarının verilməsinə başlanacaq.

Qeyd edək ki, hazırda “Azərişıq” “ASAN xidmət” mərkəzləri ilə birgə vətəndaşlara borcun olmamasına dair arayışın verilməsi, elektrik enerjisi istehlakçısının dəyişdirilməsi, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması, borcun araşdırılması xidmətlərini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR