KTMT-yə üzv ölkələr “Su-24” hadisəsinə görə Moskva ilə həmrəy olduqlarını bildiriblər

KTMT-yə üzv ölkələr “Su-24” hadisəsinə görə Moskva ilə həmrəy olduqlarını bildiriblər
# 21 dekabr 2015 15:44 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) “Su-24” təyyarəsi ilə bağlı hadisədə Moskva ilə həmrəy olduğunu bəyan edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu üzv dövlətlər adından Ermənistan prezidenti Serj Sarkisyan bildirib: “Biz Rusiyanın müttəfiqləri olaraq bu insidentlə bağlı Moskvaya dəstək ifadə edirik və həmrəyliyimizi bildiririk”.

Qeyd edək ki, bu gün Kremldə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin başçılarının görüşü keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR