İspaniya millisi Bakıya gələcək

İspaniya millisi Bakıya gələcək
# 24 noyabr 2015 12:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmalarının seçmə mərhələ oyunlarını keçirəcəyi ölkələr müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl püşkü atılan 19 və 17 yaşadək qızlardan ibarət komandaların yarışlarında meydan sahibləri bəlli olub.

19 yaşadək qızlar arasında AVRO-2016-nın elit-raundunda oynayacaq yığmamızın yer aldığı qrupun qarşılaşmaları İrlandiyada baş tutacaq. Gələn il aprelin 5, 7 və 10-da keçiriləcək oyunlarda millimiz və meydan sahibləri ilə yanaşı, Almaniya və Polşa da mübarizə aparacaq.

19 yaşadək qızlardan ibarət yığmamız AVRO-2017-nin seçmə mərhələsini Bakıda keçirəcək. Gələn il sentyabrın 15-20-də millimiz 8-ci qrupda İspaniya, Ukrayna və Latviya ilə qarşılaşacaq.

AVRO-2017-nin seçmə mərhələsində çıxış edəcək 17 yaşadək qızlardan ibarət millimiz isə Macarıstanda qüvvəsini sınayacaq. 2016-cı il oktyabrın 8-13-də baş tutacaq 3-cü qrupun matçlarda Polşa və Estoniya da mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR