Balidə vulkan püskürməsi ilə əlaqədar minlərlə turist adanı tərk edə bilmir

Balidə vulkan püskürməsi ilə əlaqədar minlərlə turist adanı tərk edə bilmir
# 27 noyabr 2017 03:53 (UTC +04:00)

İndoneziyanın Bali adasında Aqunq vulkanının püskürməsi ilə əlaqədar minlərlə turist adanı tərk edə bilmir.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, adanın beynəlxalq hava limanında yüzlərlə aviareys ləğv edilib. Məşhur kurorta uçan təyyarələr isə paytaxt Cakarta, Sinqapur cə digər şəhərlərin aeroportlarına istiqamətləndirilir.

Bali beynəlxalq hava limanı yerli vaxtla saat 06:00 müvəqqəti olaraq bağlanıb. Buna səbəb Aqunq vulkanının 7,5 km hündürlüyə kül püskürməsi olub. Vulkanının püskürməsi nəticəsində adada 24 min insan təhlükəli ərazilərdən təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR