Dəniz nəqliyyatı işçilərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək

Dəniz nəqliyyatı işçilərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək
# 23 iyun 2018 13:47 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Həsənov Şəmistan Hüseyn oğlu və Musayev Aslan Əjdər oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR