“Unibank” komissiyasız nağd kreditlər təklif edir - FOTO

“Unibank” komissiyasız nağd kreditlər təklif edir - <span style="color: red;">FOTO
# 29 iyul 2015 13:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Unibank”da komissiyasız nağd kreditlər dövrü başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 31 avqustadək davam edən kampaniya dövründə banka müraciət vətəndaşlar, 10 000 dollaradək nağd kreditləri 0% komissiya ilə götürə bilərlər. Dollar kreditləri 3 ilədək müddətə verilir. “Unibank”a müraciət edənlər 10 000-dək manat kreditlərindən də faydalana bilərlər. Manat kreditləri 1%-lik komissiya ilə ayrılır.

“Ölkənin qabaqcıl banklarından olan “Unibank”ın maliyyə bazarında rolu, beynəlxalq maliyyə institutları və KİV tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, “Unibank”ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. “Unibank” həmçinin, biznesin inkişafına verdiyi maliyyə dəstəyinə görə “Uğur” Milli Mükafatına layiq görülüb”, -deyə məlumatda vurğulanıb.

“Unibank” hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR