Əlcəzairdə terrorçuların hücumu nəticəsində 11 hərbçi həlak olub

Əlcəzairdə terrorçuların hücumu nəticəsində 11 hərbçi həlak olub
# 18 iyul 2015 23:18 (UTC +04:00)

Bakı-APA. Əlcəzairdə terrorçuların hücumu nəticəsində 11 hərbçi həlak olub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, silahlı insident ölkə paytaxtının yaxınlığında baş verib.

Nisbətən sakit vəziyyətin olmasına baxmayaraq dağ bölgələrində hələ də terrorçu dəstələr var.

Ötən gün etnik toqquşmalar nəticəsində 18 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR