Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatına hazırlığı Mahaçqalada keçir

Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatına hazırlığı Mahaçqalada keçir
# 07 mart 2019 10:17 (UTC +04:00)

Sərbəst güləş üzrə Azərbaycan millisi ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib. Güləş Federasiyasından ONA-ya verilən məlumata görə, millimiz apreldə Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə növbəti dəfə Dağıstanın paytaxtı Mahaçqalaya yollanıb.

Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 20 güləşçidən ibarət heyət qonşu ölkədə fiziki, taktiki-texniki hazırlıq üzərində çalışacaq. Toplanış martın 19-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR