“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 22 minə yaxın istehlakçıya xidmət göstərib

“Azəriqaz” “ASAN Xidmət” vasitəsi ilə 22 minə yaxın istehlakçıya xidmət göstərib
# 14 fevral 2018 10:40 (UTC +04:00)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar ayı ərzində “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN Xidmət” mərkəzlərinə və “ASAN Səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 21 658 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

"İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR