ABŞ büdcə kəsirini 28 mlrd. dollar azaltmaq niyyətindədir

ABŞ büdcə kəsirini 28 mlrd. dollar azaltmaq niyyətindədir
# 25 yanvar 2017 03:38 (UTC +04:00)

ABŞ Konqresinin büdcə idarəsi (CBO) cari ildə büdcə kəsirinin 28 mlrd. dollar azaldılaraq 559 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, CBO ekspertləri hesab edirlər ki, ABŞ-ın real ÜDM-i 2017-ci ildə 2,3 faiz artacaq, 2018-ci ildə isə artım 2 faizə enəcək.

İqtisadçılar ötən ilin oktyabrında prezident Donald Trampın proqramının ABŞ ÜDM-nin artımını sürətləndirəcəyini bildirmişdilər.

Proqnoza görə, Trampın vergi planı ABŞ ÜDM-nin artımını sürətləndirəcək və 2018-ci ildə bu artım 1,12 faiz təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR