Azərbaycan XİN rəhbəri İtaliya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Azərbaycan XİN rəhbəri İtaliya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
# 06 iyul 2017 14:38 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İtaliya səfiri Giampaolo Kutillonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.

Səfir Giampaolo Kutillo diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Giampaolo Kutilloya gələcək fəaliyyətində uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR