Gəncə-Daşkəsən yolunda maşın piyadanı vurub

Gəncə-Daşkəsən yolunda maşın piyadanı vurub
# 19 mart 2018 20:08 (UTC +04:00)

Gəncə-Daşkəsən yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hərəkətdə olan “VAZ 2109” markalı avtomobil 1984-cü il təvəllüdlü Xirətləndi Elgünü vurub. Sürücü vurduğu piyadanı xəstəxanaya çatdırıb.

Yaralıya müvafiq tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin ehtimala əsasən, hadisə zamanı piyada sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR