Azərbaycan səfiri BƏƏ Dövlət İnformasiya Agentliyinin icraçı direktoru ilə görüşüb

Azərbaycan səfiri BƏƏ Dövlət İnformasiya Agentliyinin icraçı direktoru ilə görüşüb
# 04 sentyabr 2014 11:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəman BƏƏ Dövlət İnformasiya Agentliyinin (WAM) icraçı direktoru Camal Nasir əs-Süveydrlə görüşüb.

Səfirliyin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, E. Qəhrəman Azərbaycan - BƏƏ əlaqələrindən bəhs edərkən ölkələrimizi birləşdirən əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini, media sahəsində qarşılıqlı əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.

Səfir bu ilin 2-3 oktyabr tarixlərində Azərbaycan paytaxtının IV Bakı Humanitar Forumuna ev sahibliyi edəcəyini C. Əs-Süveydrin diqqətinə çatdıraraq, onun Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru A. Aslanov tərəfindən həmin tədbirə dəvət olunduğunu bildirib və dəvəti ünvan sahibinə təqdim edib.

Dünyanın nüfuzlu simalarının, o cümlədən nobel mükafatçılarının da qatılacaqları bu forumda Azərbaycan prezidenti İlham Əliyevin açılış nitqi ilə çıxış edəcəyini deyən E.Qəhrəman C. Əs-Süveydrin iştirakını həm “AzərTAc”, həm də digər ölkələrin dövlət agentlikləri ilə informasiya əməkdaşlığı üçün əlverişli fürsət kimi dəyərləndirib və Bakı səfərinin “AzərTAc”la əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından son dərəcə faydalı olacağına əminliyini ifadə edib.

C. Əs-Süveydr isə dəvəti yüksək qiymətləndirərək, forumda iştirak etmək niyyətində olduğunu deyib.

Söhbət əsnasında həmçinin səfirliklə WAM agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR