Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsait 25% artıb

Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsait 25% artıb
# 16 noyabr 2016 08:36 (UTC +04:00)

2016-cı ilin yanvar-oktyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 7022,9 mln. manat vəsait yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 5960,2 mln. manatı (84,9%-i) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

2015-ci ilin 10 ayı ilə müqayisədə bu ilin eyni dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsait 25,35% artıb.

Qeyd edək ki, 2015-ci ilin yanvar-oktyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 5602,5 mln. manat vəsait yönəldilib. Ötən ilin 10 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 4645,9 mln. manatı (82,9%-i) Birləşmiş Krallıq, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Malayziya və Yaponiya sərmayədarlarına məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR