Bank Of Baku

"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşıb

"Bitcoin"in  qiyməti 65 min dollara yaxınlaşıb
# 15 iyul 2026 08:40 (UTC +04:00)

Qlobal kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə artım müşahidə olunub.

APA-Economics” xəbər verir ki,l kriptovalyuta bazarının ümumi kapitallaşması 2,22 trilyon ABŞ dolları təşkil edib.

Bazar kapitallaşmasına görə ən böyük kriptovalyuta olan Bitcoin (BTC) son 24 saatda 0,33% bahalaşaraq 64 697,92 ABŞ dollarına yüksəlib.

İkinci ən böyük kriptovalyuta Ethereum (ETH) 0,45% bahalaşaraq 1 707,56 ABŞ dollarına çatıb. BNB isə 0,09% ucuzlaşaraq 579,78 ABŞ dollarından ticarət olunub.

ABŞ dollarına indekslənən Tether (USDT) 1 ABŞ dolları səviyyəsində sabit qalıb.

Qızılın qiymətinə indekslənən PAX Gold (PAXG) 0,01% bahalaşaraq 4 026,68 ABŞ dollarına yüksəlib.

Digər iri kriptovalyutalardan Bitcoin Cash (BCH) 0,30%, BitTensor (TAO) 0,33% bahalaşıb, Monero (XMR) isə 0,01% ucuzlaşıb.

Ümumilik kriptovalyutaların qiymətində ciddi dəyişiklik qeydə alınmayıb. Analitiklər bunu investorların FED-in faiz qərarları ilə bağlı gözləntiləri fonunda ehtiyatlı davranması ilə izah edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR