Bank Of Baku

Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri
# 18 fevral 2025 09:51 (UTC +04:00)

Fevralın 18-də kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:45-də “CoinMarketCap” platformasında 0.47% ucuzlaşaraq 95 710 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində isə artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.91% artaraq 2683 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan Tether son sutkada 0,01% bahalaşıb, XRP 2.15%, BNB isə 2.05% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR