Ombudsmanın əməkdaşları 2 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə keçiriblər

Ombudsmanın əməkdaşları 2 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə keçiriblər
# 15 aprel 2016 10:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin cərimə təcridxanası, görüş yerləri, tibb-sanitar hissəsi və digər obyektlərinə baxış keçirilib, məhkumlarla rəftar, saxlanılma şəraiti, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş ilə bağlı mövcud vəziyyət və sənədləşmə, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası üzrə görülmüş işlər yerində araşdırılıb.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri yerində araşdırılıb.

Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub, hər birinə qaldırdıqları məsələlərə dair hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, Ombudsmana ünvanlanmış ərizə və müraciətləri qəbul edilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR