Ötən ay əsas kapitala 881 mln. manata yaxın vəsait yönəlib

Ötən ay əsas kapitala 881 mln. manata yaxın vəsait yönəlib
# 19 fevral 2016 15:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvar ayında əsas kapitala 880,7 mln. manat məbləğində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics“ə verilən məlumata görə, istifadə olunmuş vəsaitin 772 mln. manatı və ya 87,6%-i məhsul istehsalı obyektlərinin, 65,7 mln. manatı (7,5%-i) xidmət sahələri üzrə obyektlərin, 43 mln. manatı (4,9%-i) isə ümumi sahəsi 133,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 251,3 mln. manatını və ya 28,5%-ni daxili sərmayələr təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 643 mln. manatı və ya 73%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR